Sumqayıtda bir ailənin 3 üzvü qazdan zəhərləndi
02 mart 2024 11:56 (UTC +04:00)

Sumqayıtda bir ailənin 3 üzvü qazdan zəhərləndi

Sumqayıtda nənə və nəvələri dəm qazından zəhərlənib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə 9-cu mikrorayon ərazisində evlərən birində baş verib.

Sumqayıt şəhər sakinləri, 71 yaşlı Təhməzova Təfənisə Fətəli qızı və nəvələri, 8 yaşlı Təhməzova Mədinə Nizami qızı, 14 yaşlı Təhməzov Orxan Vüqar oğlu dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.

# 2388
avatar

Oxşar yazılar