Su üstündə  DAVA:  Əmisini və əmisi oğlanlarını qanlarına qəltan etdi
14 iyul 2021 15:53 (UTC +04:00)

Su üstündə DAVA: Əmisini və əmisi oğlanlarını qanlarına qəltan etdi

1

Samuxda bıçaqlanma hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Tatlı kəndində qeydə alınıb. Kənd sakini, 50 yaşlı  Səfərov Mətləb Oktay oğlu qarının kəsilmiş deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstənin vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə vaxtı M. Səfərovun övladları - 36 ayşlı Röyal Səfərov və 28 yaşlı  İlkin Qurbanov da bıçaq xəsarəti alıblar.

Qeyd edək ki, hadisə əkin sahəsində su üstündə olub. Araşdırma zamanı məlum olub ki, hadisəni Mətləb Səfərovun qardaşı oğlu Vüqar Səfərov törədib. O, polis tərəfindən saxlanıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 2133

Oxşar yazılar