Türkiyədə həyətindəki su quyusundan azyaşlı qız meyiti tapılan ev yanıb.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, hadisə Kilis şəhərində Oxçular məhəlləsində baş verib. Həyətindəki su quyusunda 9 yaşlı suriyalı Gina Mercimekin meyiti tapılan ikimərtəbəli evin birinci mərtəbəsi yanıb.
Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürüblər.
Araşdırma zamanı evdə heç kimin olmadığı müəyyənləşib.