Sosial şəbəkələrdə insanları talayan dəstə  TUTULDU   - VİDEO
02 avqust 2023 15:16 (UTC +04:00)

Sosial şəbəkələrdə insanları talayan dəstə TUTULDU - VİDEO

Sosial şəbəkələrdə vətəndaşları “kreditə pul verilir” adı altında kiber üsullarla talayan dəstə üzvləri saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumat görə, aldatma yolu ilə vətəndaşların bu sahədə məruz qaldığı əsas neqativ hallar sırasında “kreditə pul verilir”, “onlayn qazanc”, “az xərclə çox qazan” və digər başlıqlar altında şirnikləndirici vədlər artmaqdadır.

Bunu nəzərə alaraq DİN əməkdaşları tərəfindən növbəti belə talama əməllərində şübhəli bilinən şəxslər rəqəmsal texnoloji metodlarla müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla həmin şəxslərin feyk səhifə və profillərində talamaya məruz qalanların dairəsi müəyyən edilməklə şəbəkələşmiş qrupun bütün qanunsuz fəaliyyəti aşkarlanıb. Qrup üzvləri “Komissiya”, “bank xərcləri” adı ilə aldatdıqları vətəndaşlardan onlayn köçürmə formasında müxtəlif məbləğlərdə pul vəsaitləri ələ keçiriblər.  Onlar izi itirmək məqsədi ilə pul köçürən şəxslərin hesablarını bloklayıblar və həmin vəsaiti şəxsi hesablara köçürərək nağdlaşdırıblar.

Əməliyyatçılar tərəfindən Bakı şəhərində yerləri müəyyən edilən şəbəkə üzvləri - paytaxt sakini əvvəllər məhkum olunan 30 yaşlı Kənan Əmrahlı, 20 yaşlı Raqif Məmmədov, 29 yaşlı Zahir Xalidoğlu və 28 yaşlı Emin İsmayılov saxlanılıblar. Dəstə üzvləri ifadələrində sosial şəbəkələrdə törətdikləri bu qanunsuz əməlləri ilə onlarla şəxsə maddi ziyan vurduqlarını etiraf ediblər. Hazırda saxlanılan şəxslər barəsində  araşdırmalar davam etdirilir. Dəstə üzvlərinin qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa “102” Xidməti Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1764
avatar

Fidan İlqar

Oxşar yazılar