“Siyəzən Broyler” ASC cərimələnib.
Lent.az-ın məlumatına görə, ASC məhsulların emal qaydalarının pozulmasına görə nöqsanlara yol verib. Buna görə şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 497-ci (Malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə) maddəsi ilə protokol tərtib olunub.
Protokol baxılması üçün Siyəzən rayon Məhkəməsinə göndərilib. İş hakim Bəylər Ələkbərovun icraatına verilib.
Qeyd edək ki, həmin maddə əsasında inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə tətbiq edilir.