Türkiyənin Adana şəhərində Əzim G. adlı şəxs sevgilisinə avtomobil almaq üçün 33 ədəd yeni “iPhone” oğurlayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, Əzim G. kuryer işləyir. Bir gün o, şəhərin ticarət mərkəzlərindən birinə bir qutu smartfon daşımaq sifarişi alıb. Yolda kişi bütün “iPhone”ları oğurlayıb satmaq qərarına gəlib.
Oğru tez bir zamanda smartfonların əksəriyyətini satmağa və təxminən 30 min dollar əldə etməyi bacarıb. Bu pulla Əzim G. sevgilisinə yeni maşın alıb.
İtki aşkar edildikdən sonra oğrunun işlədiyi nəqliyyat şirkətinin müştərisi polisə müraciət edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları Əzim G-ni qısa müddətdə tapıblar.
Onun evinə baxış zamanı qablaşdırılmamış 5 ədəd “iPhone” aşkar edilib. Gəncin sevgilisi avtomobilin alındığı vəsaitin mənşəyindən xəbərsiz olduğunu iddia edir.
Satılmamış “iPhone”lar və avtomobil müsadirə edilib.