Sərnişin avtobus sürücüsünü döyüb reanimasiyalıq etdi
18 iyul 2022 04:07 (UTC +04:00)

Sərnişin avtobus sürücüsünü döyüb reanimasiyalıq etdi

0

Bakının Sabunçu rayonunda avtobusda dava düşüb. 

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən axşam saat 23:00-da Zabrat qəsəbəsində qeydə alınıb.

118B marşut xətti üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü, 1977-ci il təvəllüdlü Qorçiyev Əziz Cəmil oğlu avtobusda olan sərnişinlə mübahisə edib. Mübahisə zamanı sürücü döyülərək ağır bədən xəsarətləri alıb. O, 3 nömrəli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Mübahisənin səbəbi hələlik məlum deyil.

Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1890

Oxşar yazılar