Şəmkirdə qaçırdığı qızla bir evdə qalan şəxs  YANĞIN   törətdi
17 noyabr 2022 07:59 (UTC +04:00)

Şəmkirdə qaçırdığı qızla bir evdə qalan şəxs YANĞIN törətdi

0

Şəmkirdə yanğın baş verib.

Lent.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə rayonun Zəyəm Cırdaxan kəndində qeydə alınıb.

Kənd sakininə məxsus evdə yanğın olub.

Bu zaman rayon sakinləri 24 yaşlı Elmar İsmayılov və 18 yaşlı Nərmin Cəfərova ağır yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilibər.

Hər ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.

Elmar İsmayılovun yataq ortağında çəkdiyi siqaret yatağa düşüb.

Elə hadisə də bundan sonra baş verib.

APA-nın əldə etdiyi məlumata görə Elmar İsmayılov Nərmin Cəfərovanı qaçırıbmış.

3 gündən sonra onların toyu olacaqmış.

Hazırda hadisənin baş verməsi araşdırılır

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2233

Oxşar yazılar