Şəmkirdə mağaza və kafe yandı
15 sentyabr 2023 03:01 (UTC +04:00)

Şəmkirdə mağaza və kafe yandı

0

Şəmkirdə yanğın hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Sabirkənd kəndində qeydə alınıb.

Gübrə mağazası və ona bitişik kafedə anidən yanğın olub.

Dərhal hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobiləri və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb, yaxınlıqdakı tikililər yanğından tam mühafizə olunub.

Hadisənin səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2348

Oxşar yazılar