Şəkidə ağır yol qəzasında xəsarət alanların kimliyi bilinib.
Lent.az-ın əldə etdiyi məlumata görə, onlar Balakən rayon sakinləri "Mercedes" markalı avtomobilin sürücüsü 39 yaşlı Gündüzzadə Asif, 33 yaşlı Əliyev Turqut, 6 yaşlı Qədirzadə Kənan, 64 yaşlı Eteri Ocaqverdiyeva, Şəki sakinləri "Ford" markalı avtomobilin sürücüsü 38 yaşlı Elşən Məmmədov və 12 yaşlı Məmmədli Əlidir.
***
17:17
Şəkidə ağır yol qəzası olub.
Lent.az xəbər verir ki, hadisə şəhərin Salman Mümtaz küçəsində baş verib. “Ford” markalı yük və “Mercedes Vito” markalı avtomobillər toqquşub. Nəticədə bir neçə nəfərin xəsarət aldığı bildirilir.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırmalara başlanılıb.