Hava limanlarına, muzeylərə və məktəblərə bomba qoyulması ilə bağlı yalan məlumatlara görə hüquq-mühafizə orqanları tərəfindən iyirmidən çox araşdırma başlayıb.
Lent.az-ın “Le Figaro”ya istinadən verdiyi məlumata görə, bunu Fransanın ədliyyə naziri Erik Düpon-Moretti deyib.
Son günlər ölkədə yalançı bomba xəbərləri ictimai yerlərin tez-tez bağlanmasına səbəb olub. Yalan təhdidlərə görə artıq 18 nəfər həbs edilib, 22 nəfərlə bağlı araşdırma aparılır.
Xatırladaq ki, ötən gün Fransanın on səkkiz hava limanı bomba xəbərdarlığınba görə müvəqqəti bağlanıb.