Sarayda qəza: “Chevrolet” dəmirə çırpıld - FOTO
08 avqust 2022 03:53 (UTC +04:00)

Sarayda qəza: “Chevrolet” dəmirə çırpıld - FOTO

Bakı-Sumqayıt şossesində iki avtomobil toqquşub.

Ient.az APA-ya istinadən xəbər verir ki, hadisə Saray qəsəbəsi istiqamətində qeydə alınıb.

Belə ki, “Chevrolet” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən “VAZ 2106” markalı maşını idarə edən sürücü sükana nəzarəti itirib. 

Nəticədə “VAZ” idarəetmədən çıxaraq “Chevrolet”-ə çırpılıb və sonuncu yolayrıcı dəmirə çırpılıb. 

Qəza nəticəsində “Chevrolet” markalı maşının sürücüsü xəsarət alıb. 

Yaralıya ilkin tibbi yardım göstərilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
 

# 1035
avatar

Oxşar yazılar