Sarayda AĞIR QƏZA:  2 nəfər öldü
31 may 2024 17:39 (UTC +04:00)

Sarayda AĞIR QƏZA: 2 nəfər öldü

Abşeron rayonunun Saray qəsəbəsində iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, "KamAZ" markalı yük maşını ilə "Daewoo" markalı minik avtomobili toqquşub.

DİN-in Baş Dövlət Yol Polis İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev bildirib ki, hadisə saat 15:50 radələrində Saray qəbiristanlığının qarşısında qeydə alınıb.

"Daewoo Gentra" markalı, 10-KY-967 dövlət qeydiyyat nişanlı minik avtomobili idarəetməni itirərək əks istiqamətdən gələn "KamAZ" markalı, 99-JR-925 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü və sərnişini hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır, müvafiq ekspertizalar təyin edilib.

Sarayda minik və yük maşınları toqquşub, iki nəfər ölüb - FOTO

Sarayda minik və yük maşınları toqquşub, iki nəfər ölüb - FOTO

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5610
avatar

Oxşar yazılar