Salyanda yanğın zamanı xəsarət alan iki qardaşdan biri ölüb.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə ötən axşam saatlarında rayonun Həsənli kəndində qeydə alınıb.
Kənd sakini İsmayılov Amilə məxsus fərdi yaşayış evi anidən alovlanıb. Bu barədə məlumat daxil olan kimi FHN-nin Salyan Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və yanğınsöndürən maşınları cəlb olunub və yanğın söndürülüb.
Yanğın zamanı 2018-ci il təvəllüdlü İsmayılov Nihad Amil oğlu ağır yanıq xəsarətləri ilə hadisə yerində ölüb. Qardaşı 2013-cü il təvəllüdlü İsmayılov İsmayıl Amil oğlu isə müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğundan İ. İsmayılov Bakıya göndərilib.
Faktla bağlı araşdırma aparılır.