Salyanda üzərində çoxsaylı bıçaq xəsarətləri ilə meyiti tapılan şəxsin kimliyi bilinib.
Lent.az APA-ya istinadən xəbər verir ki, meyitin Məmmədov Etibar Qüdrət oğlu olduğu məlum olub.
Onun hansı şəraitdə qətlə yetirildiyi hüquq-mühafizə orqanları tərəfindən araşdırlır.
***
18.11.2022
Saat 23:05
Salyanda kişi meyiti tapılıb.
Lent.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, noyabrın 18-də axşam saatlarında Salyan rayonu Xocalı kəndində üzərində bıçaq xəsarətləri olan 60-65 yaşlı naməlum kişi meyiti tapılıb.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.