Salyan şossesində  AĞIR QƏZA:   4 nəfər...
05 aprel 2023 21:09 (UTC +04:00)

Salyan şossesində AĞIR QƏZA: 4 nəfər...

0

Bakının Səbail rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə Salyan şossesinin 14-cü kilometrliyində qeydə alınıb.

Belə ki, "Opel" və "Toyota" markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində dörd nəfər xəsarət alıb.

Xəsarət alanlardan biri hərbçidir.

Yaralılar təcili tibbi yardım avtomobilləri ilə xəstəxanaya aparılıblar.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Avtomobillər ərazidən uzaqlaşdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Elşən Yəhyayev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4142

Oxşar yazılar