Yekaterinburqdakı Azərbaycan diasporu liderinin oğlu Mütvala Şıxlinskinin vəkili həbs-qətimkan tədbirindən apellyasiya şikayəti verib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, Leninski Rayon Məhkəməsi vəkildən apellyasiya şikayəti alıb.
İyulun əvvəlində xüsusi təyinatlılar Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskini “Baku Plaza” ticarət mərkəzinin yaxınlığında oğlu ilə birlikdə avtomobilini saxlamaq istəyən zaman saxlayıblar.
Şahin Şıxlinski dindirildikdən sonra sərbəst buraxılıb.
İstintaqın məlumatına görə, təhlükəsizlik qüvvələri Şahin Şıxlinskini saxlayanda onun oğlu Mütvala Şıxlinski müqavimət göstərib. Yekaterinburqun Leninski Rayon Məhkəməsi onu sentyabrın 14-dək həbs edib.