Şadlıq evinin inzibatçısına TOYA GÖRƏ   cinayət işi açıldı
15 iyul 2021 10:53 (UTC +04:00)

Şadlıq evinin inzibatçısına TOYA GÖRƏ cinayət işi açıldı

Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi reyd zamanı şəhər arazisində fəaliyyət Göstərən “Şah Sarayı” şadlıq sarayında Operativ Qərargahın müəyyənləşdirdiyi saydan (150) artıq qonaq olması müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşları qanuna müvafiq tədbir görüb, sarayın inzibatçısı barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1806
avatar

Mehman Nəbiyev

Oxşar yazılar