Sabunçuda  ƏMƏLİYYAT:  İki nəfərdən 7 kilo narkotik  götürüldü
11 oktyabr 2024 18:36 (UTC +04:00)

Sabunçuda ƏMƏLİYYAT: İki nəfərdən 7 kilo narkotik götürüldü

Sabunçu rayonunda saxlanılan 2 nəfərdən 7 kiloqram narkotik vasitə aşkarlanıb. 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının  keçirdikləri tədbirlərlə əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 29 yaşlı Emil İskəndərov və 38 yaşlı Fazil Əfəndiyev saxlanılıblar.

Onlardan 7 kiloqramdan artıq narkotik vasitə olan heroin, marixuana və metamfetamin aşkarlanıb. Saxlanılanlar narkotikləri paytaxt ərazisində təyin olunan ünvanlara yerləşdirərək satışını təşkil etməyi planlaşdırıblar.

Həmçinin, bölmə əməkdaşlarının bu ilin 9 ayı ərzində keçirdikləri tədbirlərlə ümumilikdə 45 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 4 “Makarov” tapançası, 1 “Kalaşnikov” avtomatı, 5 daraq və 30-dan çox patron əməliyyat yolu ilə aşkarlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 903
avatar

Sevinc Fərid

Oxşar yazılar