Şabranda AĞIR QƏZA:  1 nəfər öldü, 3 nəfər yaralandı
02 iyun 2025 09:50 (UTC +04:00)

Şabranda AĞIR QƏZA: 1 nəfər öldü, 3 nəfər yaralandı

Şabranda avtomobil qəzasında 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Lent.az xəbər verir ki, mayın 31-i saat 23:20 radələrində 45 yaşlı Özbəy Əmirhəmzəyev idarə etdiyi "Qaz 53" markalı avtomobillə Şabran rayonu, Zeyvə kəndində hərəkətdə olan zaman idarəetməni itirərək yolkənarındakı işıq dirəyinə çırpılması nəticəsində hadisə yerində ölüb.

Avtomaşında olan sərnişinlər, 14 yaşlı B.T,  50 yaşlı Gülmalı Balaqədəşov və 35 yaşlı Həmid Şıxəliyevisə müxtəlif dərəcəli bədən xəsarətləri  alıblar.

 Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 696

Oxşar yazılar