Sabiq deputat VƏFAT ETDİ
29 mart 2023 15:31 (UTC +04:00)

Sabiq deputat VƏFAT ETDİ

0

Sabiq deputat Ərəstun Cavadov vəfat edib. 

Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilir ki, Ə.Cavadov uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Ərəstun Cavadov 1948-ci il oktyabrın 20-də Ağsu rayonunun Ərəbmehdibəy kəndində anadan olub. Moskva Kooperativ İnstitutunun Əmtəəşünaslıq fakültəsini bitirib.

Ə.Cavadov 1967-ci ildən Azərbaycan İctimai Asayişin Mühafizəsi Nazirliyində elektrik, “Azərgeyimticarət” Bazasında əmtəəşünas işləyib. 1972-ci ildən Mərkəzi Univermaqda böyük anbardar, bölmə müdirinin müavini, bölmə müdiri, şöbə rəisi, 1992-ci ildən baş direktor vəzifələrində çalışıb. 1998–2005-ci illərdə “Mərkəzi Univermaq” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

O, Yeni Azərbaycan Partiyasının və III çağırış Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvü olub. Azərbaycan-Belarus, Azərbaycan-Belçika, Azərbaycan-Braziliya, Azərbaycan-İran, Azərbaycan-Lüksemburq, Azərbaycan-Moldova, Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin də üzvü olub.

Bundan başqa, IV çağırış Milli Məclisin Aqrar siyasət komitəsinin, Azərbaycan-İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Çin, Latviya, Litva, Moldova, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının, MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5119

Oxşar yazılar