Saatlıda kəndlinin əmlakı yandırıldı
15 iyul 2021 09:31 (UTC +04:00)

Saatlıda kəndlinin əmlakı yandırıldı

Saatlıda yanğın törədən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, Saatlı rayonu Sımada kənd sakini B.Aslanov rayon Polis Şöbəsinə müraciət edərək iyul ayının 11-də ona məxsus fərdi təsərrüfatda yanğın baş verməsi barədə məlumat verib.

Məlumatla əlaqədar polis şöbəsinin əməkdaşları hadisə yerində olublar və ilkin araşdırmalar aparılıb. Keçirilən tədbirlərlə hadisənin qəsdən törədildiyi məlum olub.

Saatlı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yanğını törətməkdə şübhəli bilinən Sabirabad rayonu Moranlı kənd sakini Valid Hüseynli saxlanılıb.

Dindirilmə zamanı V.Hüseynli törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Saatlı rayon Polis Şöbəsində araşdırmalar aparılır

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1311
avatar

Mehman Nəbiyev

Oxşar yazılar