Türkiyədən Rusiyaya qaçaq mal gətirən azərbaycanlılar saxlanılıb.
Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, Sankt-Peterburqun Pulkovo hava limanında iki Azərbaycan vətəndaşının baqajında 200-dən çox kürk və yüzlərlə ayaqqabı aşkar edilib. Məlum olub ki, bu malların heç biri bəyannamədə öz əksini tapmayıb.
Aşkarlanan mallar müsadirə olunmayıb.