Rusiyanın bu vilayətindən miqrantlar QOVULDU:  azərbaycanlılar da var
10 aprel 2025 09:23 (UTC +04:00)

Rusiyanın bu vilayətindən miqrantlar QOVULDU: azərbaycanlılar da var

İki Əlcəzair vətəndaşı Rusiyanın Nijni Novqorod vilayətindən deportasiya edilib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, deportasiyaya səbəb həmin şəxslərə Rusiyada müvəqqəti yaşamaq və işləmək hüququ verəcək lazımi sənədlərin olmaması olub. Növbəti beş il ərzində bu şəxslərin Rusiya ərazisinə girişi qadağan edilib.

Statistikaya görə, bu ilin əvvəlindən Nijni Novqorod məhkəmə icraçıları 302 miqrantı deportasiya edib. Qovulanların əksəriyyəti Özbəkistan, Tacikistan, Azərbaycan və Ermənistan kimi qonşu ölkələrdəndir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1490

Oxşar yazılar