Rusiyada zavod azərbaycanlılara görə BAĞLANDI
14 avqust 2025 13:00 (UTC +04:00)

Rusiyada zavod azərbaycanlılara görə BAĞLANDI

Rusiyanın Pskov vilayətində mişar zavodu azərbaycanlılara görə bağlanıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, istehsal sahəsi Kudımkar şəhərinin Yurla rayonunda yerləşir. Zavodda taxta kəsimi ilə məşğul olan sahibkara inzibati cəza təyin olunması barədə icra sənədi daxil olub.

Məlumata görə, işəgötürən iki Azərbaycan Respublikası vətəndaşı ilə əmək müqaviləsi bağladığı halda bu barədə səlahiyyətli orqanları xəbərdar etmədiyi üçün Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 18.15-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş hüquqpozmada təqsirli bilinib. İnzibati işlərin materiallarını nəzərdən keçirən məhkəmə 14 gün müddətinə onun fəaliyyət göstərməsini qadağan edib.

Məcburi icra orqanlarının əməkdaşları istehsalatın yerləşdiyi ünvana gedərək obyekti möhürləyiblər. Fərdi sahibkara məhkəmə icraçısının qanuni tələblərini yerinə yetirmədiyi halda inzibati məsuliyyət daşıyacağı barədə xəbərdarlıq edilib. Fəaliyyətin dayandırılması müddəti ərzində vurulmuş möhürlərin qorunub-saxlanmasına dair yoxlamalar aparılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 576

Oxşar yazılar