Ukrayna-Rusiya sərhədini pozan Azərbaycan vətəndaşı saxlanılıb.
Lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, o, Bryansk vilayətinin Suzemski rayonunda ələ keçirilib.
Məlum olub ki, sərhədi piyada keçən azərbaycanlının Rusiyaya girişi qadağan edilib.
Saxlanılan şəxs barəsində cinayət işi açılıb. Onu 200 min rubl (təxminən 4 min 450 manat ) cərimə və ya iki ilə qədər həbs gözləyir.