Rusiya vətəndaşını Azərbaycanda girov saxlayırlar? -  RƏSMİ CAVAB
11 noyabr 2021 14:52 (UTC +04:00)

Rusiya vətəndaşını Azərbaycanda girov saxlayırlar? - RƏSMİ CAVAB

Bəzi xəbər saytlarında və sosial şəbəkələrdə Qazax rayonu,Çaylı kənd sakini Əlabbas Məmmədovun Qazax rayon Polis Şöbəsinin əməkdaşları barədə səsləndirdiyi iddialar həqiqətə uyğun deyil.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov məlumat verib. O bildirib ki, vətəndaş cari ilin iyun ayında cibində olan 2250 manat  nağd pulunu itirməsi ilə bağlı DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edib:

“Müraciətlə əlaqədar vətəndaşın izahatı alınıb. O, bildirib ki, həmin pul evdən çıxanda üzərində olub, lakin sonradan naməlum şəraitdə itirib. Hazırda rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir”.

Qeyd edək ki, Rusiya vətəndaşı olan Ə. Məmmədov “YouTube” sosial şəbəkəsində videomüraciət edərək pullarının alındığını və özünün Qazaxda girov saxlanıldığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1941
avatar

Mehman Nəbiyev

Oxşar yazılar