Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
Lent.az APA-ya istinadla xəbər verir ki, Laçından Xankəndi istiqamətinə 5 yük və 1 minik avtomobili keçirilib.
Aksiya iştirakçıları heç bir maneə törətmədən onların keçidinə şərait yaradıb.