Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.
Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumata əsasən, Lənkəranın Mamusta kəndindən olan, Rusiya ordusunun sırasında müharibədə iştirak edən, 40 yaşlı Hüseynov Şahmar Ataman oğlu həlak olub.
Mərhumun cənazəsi sabah saat 9:30-da Lənkəran rayonunun Mamusta kəndinə gətiriləcək və kənd qəbiristanlığında torpağa tapşırılacaq.