Restorandan xırdabuynuzlu heyvanlar oğurlayan iki nəfər SAXLANILDI
28 avqust 2024 08:34 (UTC +04:00)

Restorandan xırdabuynuzlu heyvanlar oğurlayan iki nəfər SAXLANILDI

0

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində yerləşən restoranların birindən oğurluq etməkdə şübhəli bilinən Elvin Baxşıyev və tanışı Pərviz Edilov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, araşdırmalar zamanı onların restoranın həyətində olan tikilidən 13 baş xırdabuynuzlu heyvanları oğurladıqları məlum olub.

Onlar xırdabuynuzlu heyvanları Bərdə rayonunda satıblar. Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2369

Oxşar yazılar