İngiltərənin Binqli şəhərinin polis məmuru 21 yaşlı Keytlin Hovart rəisi və narkobaronla münasibətdə olduğu üçün işdən çıxarılıb.
Lent.az bildirir ki, bu barədə “The Sun” məlumat yayıb.
Xanım 2021-ci ildə 20 ilə yaxın polisdə xidmət edən baş serjant, evli 38 yaşlı Daniel Qrinvudla münasibətə girib. O, Hovart kimi işdən uzaqlaşdırılıb. Polis əməkdaşları 2 il şərti azadlıqdan məhrum ediliblər. İşdən çıxarılan işçilərlə bağlı əlavə tədbirlərin görülməsi məsələsinə yaxın vaxtlarda qərar veriləcək.
Əvvəllər Hovart narkobaronla əlaqədə şübhəli bilinib. Hazırda hadisə ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə Baş Polis İdarəsində araşdırma aparılır. Hovart ilə əlaqəyə girdiyi iddia edilən cinayətkar indi heroin satdığı üçün həbsdədir.
Polis əməkdaşı mütəmadi olaraq sosial şəbəkədə səmimi fotolar dərc edir. Bloq yazarkən Hovart on minlərlə abunəçi qazanıb. Qeyd olunur ki, o, şəbəkədə heç vaxt polisdə işlədiyini qeyd etməyib.