Şəmkir rayon Polis Şöbəsinə oktyabrın 22-də Seyfəli kəndindəki bir evin həyətindəki yardımçı təsərrüfatda rayon sakini Ruslan Bayramovun meyitinin tapılması barədə məlumat daxil olub.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, rayonun Çinarlı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mustafa Eyyubovun tüfəngdən açdığı atəşlə R.Bayramovu öldürməsinə əsaslı şübhələr müəyyən olunub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Eyubov Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində tutularaq istintaqa təhvil verilib.
Çinarlı qəsəbəsindəki evə baxış zamanı onun cinayəti törədərkən istifadə etdiyi R.Bayramova məxsus “TOZ-16” markalı ov tüfəngi və 29 ədəd patron aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.