Rayon sakininin bank hesabındakı pulları oğurlandı
08 aprel 2023 15:23 (UTC +04:00)

Rayon sakininin bank hesabındakı pulları oğurlandı

0

Bakıda rayon sakininin bank hesabından oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Biləsuvar rayon sakininin bank hesabından 710 manatı oğurlanıb.

Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Feyziyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2111

Oxşar yazılar