"Range Rover" "Jiquli" ilə toqquşdu, yaralılar var - Tovuzda qəza
06 iyun 2021 20:53 (UTC +04:00)

"Range Rover" "Jiquli" ilə toqquşdu, yaralılar var - Tovuzda qəza

Tovuz rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Həzi Aslanov küçəsində qeydə alınıb."Range Rover" markalı avtomobil qarşıdan gələn "VAZ 2106" markalı avtomobillə toqquşub və yoldan çıxaraq yaşayış evinin hasarına dəyərək aşıb.

APA-nın qərb bürosunun məlumatına görə, avtoqəza zamanı "VAZ 2106" markalı avtomobilin sürücüsü 1989-cu il təvəllüdlü Tovuz rayonunun Əlibəyli kənd sakini İsmayılov Orxan Mehdi oğlu, avtomobildə olan sərnişin 1978-ci il təvəllüd Şəmkir sakini Əliyeva Elnarə Qasım qızı və "Range Rover" markalı avtomobilin sürücüsü 2000-ci il təvəlüdlü Tovuz rayon sakini Mehralıyev Cavid İsgəndər oglu müxtəlif bədən xəsarətləri alıb. E.Əliyevanın vəziyyəti ağır olduğundan o, Gəncə şəhərindəki xəstəxanalardan birinə göndərilib. Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

# 1941
avatar

Oxşar yazılar