Qubadlıda ermənilərdən qalan 5 tondan artıq narkotik aşkar edildi
26 iyul 2021 10:12 (UTC +04:00)

Qubadlıda ermənilərdən qalan 5 tondan artıq narkotik aşkar edildi

0

Qubadlıda narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının birgə keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, tədbir zamanı rayonun Qədili kəndi ərazisində çəkisi 5 tondan artıq olan 7982 ədəd çətənə kolunun kökündən çıxarılaraq yandırılması təmin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1895

Oxşar yazılar