Qonşusunun evindən oğurladığı əşyalar görün  HARADA TAPILDI
01 iyun 2021 16:32 (UTC +04:00)

Qonşusunun evindən oğurladığı əşyalar görün HARADA TAPILDI

Göyçay rayonu Ulaşlı Şıxlı kəndində yerləşən fərdi yaşayış evindən
müxtəlif məişət əşyalarının oğurlanması barədə Polis Şöbəsinə müraciət daxil olub.

Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən zərərçəkmişin qonşusu, əvvəllər də məhkum olunmuş Bəhruz Fərzəliyev saxlanılıb. Onun metal qəbulu yerlərinə satdığı həmin əşyalar da maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1566
avatar

Oxşar yazılar