Qohumunun həyətində  narkotik   əkdi
10 iyul 2023 08:55 (UTC +04:00)

Qohumunun həyətində narkotik əkdi

Sabirabad rayon Polis Şöbəsinin əməkdaşlarının gecə saatlarında keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayonun Minbaşı kənd sakini Xeyrəddin Fərəcov saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, o, ilkin dindirilmə zamanı qeyd edilən cinayət əməli ilə məşğul olduğunu və heç kimin şübhələnməməsi üçün çətənə bitkilərini rayonun Qarağac kəndində yerləşən əmisi oğluna məxsus fərdi yaşayış evinin həyətində əkdiyini etiraf edib. 

Polis əməkdaşlarının həmin ünvana keçirdiyi baxış zamanı həyətyanı sahədən, eləcə həyətdə olan yarımtikilidən hündürlüyü 3 metrə qədər, yaş çəkisi isə 91 kiloqramdan artıq olan 249 ədəd çətənə kolu və 5 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı Sabirabad rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2403
avatar

Oxşar yazılar