Qohumlarının evindən 10 minlik qızıl oğurladılar
01 noyabr 2022 13:50 (UTC +04:00)

Qohumlarının evindən 10 minlik qızıl oğurladılar

Bakıda evdən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, oktyabrın 31-də Ramana qəsəbəsinin Şuşa şəhərciyindəki evlərin birindən 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən ev sahibəsinin qohumu Yevlax rayon sakini N.İmamquliyev saxlanılıb.

Həmçinin Masallı rayon Polis Şöbəsi əməkdaşları oktyabrın 28-də baş verən oğurluq hadisəsinə görə əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə rayon ərazisindəki evlərin birindən 3000 manat oğurlamaqda şübhəli bilinən ev sahibinin qohumu, şəhər sakini Ə.Quliyev saxlanılıb.

Araşdırma aparılır.

# 1344
avatar

Oxşar yazılar