Qobustanda 10 baş malı  "tok" vurub   öldürdü
22 aprel 2023 17:33 (UTC +04:00)

Qobustanda 10 baş malı "tok" vurub öldürdü

0

Qobustan rayonunda elektrik naqilinin qırılması mal-qaranın tələfatına səbəb olub.  

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə rayonun Ərəbqədim kəndində baş verib.

Qırılaraq yerə düşən elektrik naqilinə toxunan kənd sakinlərinə məxsus 10 baş iribuynuzlu mal-qara tələf olub.

Kənd sakinlərinə ümumilikdə 25 min manatdan çox ziyan dəydiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2339

Oxşar yazılar