Qobu və Güzdəkdə evlər qarət olundu
05 oktyabr 2023 15:43 (UTC +04:00)

Qobu və Güzdəkdə evlər qarət olundu

Abşeronda evlərdən silsilə oğurluqlar edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Aşağı Güzdək qəsəbəsindəki evlərin birindən 1300 manat pul və 2500 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əzizov saxlanılıb. Araşdırmalarla onun Qobu qəsəbəsində digər bir evdən 1500 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2727
avatar

Oxşar yazılar