Dünən Göygöldə baş verən qəzada xəsarət alan sürücü bu gün xəstəxanada ölüb.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, "Tofaş" markalı avtomobilin dərəyə aşması nəticəsində ölən şəxs 1964-cü il təvəllüdlü Bayramov Asif Hümbət oğludur.
Asif Bayramov Göygöl rayon Zurnabad kənd bələdiyyəsinin sədri idi.
Faktla bağlı araşdırma aparılır.