Qənirə Paşayeva vəfat etdi-YENİLƏNİB
28 sentyabr 2023 21:41 (UTC +04:00)

Qənirə Paşayeva vəfat etdi-YENİLƏNİB

Deputat Qənirə Paşayevanın nəşi Mərkəzi Klinikadan Heydər məscidinə aparılıb.

lent.az-ın məlumatına görə, bu barədə APA-nın hadisə yerində olan müxbiri xəbər verib.

***

20.21

Deputat Qənirə Paşayeva vəfat edib.

Lent.az xəbər verir ki, deputat xəstəxanada dünyasını dəyişib.

Allah rəhmət eləsin!

 

Qeyd edək ki, Qənirə Ələsgər qızı Paşayeva 1975-ci ilin 24 martında Tovuz rayonunda anadan olub.

Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib.

O, 1998-ci ildən ANS televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışıb.

2005-ci ildə isə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olub.

Qənirə Paşayeva Milli Məclisin 3,4,5 və 6-cı çağırış üzrə deputatı olub.

O, "Nobel mükafatlı qadınlar", "Tarixə adını yazan qadınlar", "Xocalı soyqırımı şahidlərinin dilindən", "Türk ruhunun söz bayrağı Əhməd Cavad" və "Səndən sonra" kitablarının müəllifidir.

24 sentyabr 2023-cü ildə komaya düşərək Mərkəzi Klinikaya yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 44445

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15