Qəlyan çəkməyə görə obyekti işlədən məhkəməyə verildi -  VİDEO
25 oktyabr 2021 16:22 (UTC +04:00)

Qəlyan çəkməyə görə obyekti işlədən məhkəməyə verildi - VİDEO

Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Rich” çay evində qəlyandan istifadə edilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Abşeron rayon Polis İdarəsinin əməkdaşları həmin ünvana baxış keçirib. Obyektin icarədarı Rəvan Əliyev və daha 6 müştər saxlanılıb. Müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib və hər biri cərimə olunublar. Obyektin icarədarı barəsində tərtib edilən protokola baxılıb tədbir görülməsi üçün rayon məhkəməsdinə göndərilib.

Qeyd edək ki, fəaliyyətinə icazə verilən kafe, restoran və çay evlərində bundan sonra da sanitar-karantin qaydalarının tələblərinə əməl olunmasına nəzarət məqsədi ilə polis əməkdaşları tərəfindən profilaktik  tədbirlər davam etdiriləcək.

Abşeronda qəlyan verən çay evi aşkarlandı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1674
avatar

Mehman Nəbiyev

Oxşar yazılar