Qəbələdə avtomobil aşdı,  bir nəfər öldü
26 yanvar 2026 08:49 (UTC +04:00)

Qəbələdə avtomobil aşdı, bir nəfər öldü

1

Qəbələdə bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə yanvarın 26-da saat 02 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun Qəbələ rayonunun Nic qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, “Nissan” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü, 28 yaşlı Mətin İbrahimov hadisə yerində ölüb. Sərnişini, 2000-ci il təvəllüdlü Kənan Zakirzadə isə xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nən sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 304

Oxşar yazılar