Qazaxda Kürdə batanlardan birinin meyiti tapıldı - YENİLƏNİB-1
08 iyul 2021 22:38 (UTC +04:00)

Qazaxda Kürdə batanlardan birinin meyiti tapıldı - YENİLƏNİB-1

Qazax rayonunda Kür çayında batan iki nəfərdən birinin meyti tapılıb, digərinin axtarışları davam edir.

APA-nın yerli bürosunun məlumatına görə, meyti tapılan 1998-ci il təvəllüdlü Şirməmmədov Məhəd Elxan oğludur.

2006-cı il təvəllüdlü Fəttahov Həmzə Arif oğlunun axtarışları isə davam edir.

Qeyd edək ki, həmin şəxslər Kürdə çimən zaman boğulublar.

***

Saat 20:42

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisində Kür çayında batan şəxslərin axtarışlarına cəlb olunub.

Lent.az xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olub.

Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Hazırda axtarışlar aparılır. İlkin məlumata əsasən, çayda batanlar 1998-ci il təvəllüdlü Şirməmmədov Məhəd Elxan oğlu və 2006-cı il təvəllüdlü Fəttahov Həmzə Arif oğludur.

Əlavə məlumat veriləcək.

***

Saat 17:45

Qazaxda iki nəfər Kür çayında batıb.

Lent.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, hadisə Kürün rayonun Birinci Şıxlı kəndindən keçən hissəsində qeydə alınıb. Qazaxın Aslanbəyli kənd sakinləri - 23 yaşlı Şirməmmədov Məhəd Elxan oğlu və 15 yaşlı Fəttahov Həmzə Arif oğlu Kür çayında çimən zaman batıblar.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və FHN-in xilasediciləri cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3579
avatar

Oxşar yazılar