Oğuzda yaşayış evində maye qaz balonu partlayıb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə ötən gün axşam saat 23.00 radələrində rayonun Qumlaq kəndində, kənd sakini Fəxrəddin Qədirova məxsus, ümumi sahəsi 134 kv/m olan kürsülü birmərtəbəli üç otaqdan ibarət fərdi yaşayış evində baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisində olan ev əşyaları ilə birlikdə yanıb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.