Qaxın polis rəisinin içərisində olduğu maşın piyadanı vurub öldürdü
27 avqust 2024 22:56 (UTC +04:00)

Qaxın polis rəisinin içərisində olduğu maşın piyadanı vurub öldürdü

Xəbər verildiyi kimi, avqustun 25-də saat 23 radələrində Şəki-Qax avtomobil yolunun Aşağı Göynük kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Qax rayon Polis Şöbəsinin rəisinin də içərisində olduğu "Toyota" markalı avtomobilin qəza hadisəsi ilə bağlı aidiyyəti üzrə cinayət işi başlanılıb. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri aparılır.

Qeyd edək ki, avqustun 25-i axşam saat 23 radələrində Şəkidə avtomobil 37 yaşlı kişini vuraraq öldürüb.

Hadisə Şəki-Qax avtomobil yolunun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan avtomobil 37 yaşlı Samrat Şəhriyar oğlu Paşayevi vurub.

Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan S. Paşayev həyatını itirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4281
avatar

Oxşar yazılar