Qaxda 74 yaşlı piyada maşının altında qaldı
01 iyun 2025 17:13 (UTC +04:00)

Qaxda 74 yaşlı piyada maşının altında qaldı

Qaxda 74 yaşlı kişini avtomobil vurub, vəziyyəti ağırdı.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Qax şəhəri ərazisində baş verib.

Qax rayonu Qaxbaş kənd sakini Əfəndi Heydərov idarə etdiyi KİA markalı avtomobillə piyada Qax şəhər sakini İsmət Bayram oğlu Mustafayevi vurub. Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan İ.Mustafayev Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) Reanimasiya şöbəsinə yerləşdirilib. İ.Mustafayevin vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1296

Oxşar yazılar