Qatildən DÜNYA REKORDU: 45 il  təkadamlıq kamerada   oturdu
23 yanvar 2023 00:55 (UTC +04:00)

Qatildən DÜNYA REKORDU: 45 il təkadamlıq kamerada oturdu

Böyük Britaniyadan olan seriyalı qatil 16,4 min gün (demək olar ki, 45 il) beton plitədən olan çarpayıda təkadamlıq kamerada yatıb və dünya rekordu müəyyənləşdirib.

Lent.az bildirir ki, bu barədə “Daily Mirror” məlumat yayıb.

69 yaşlı Robert Modsli ilk qətlini 1974-cü ildə törədib. Tezliklə ömürlük həbs cəzası alıb və həbsxanaya gedib. 1978-ci il iyulun 28-də iki məhbusu öldürüb və bundan sonra təcrid olunub. 

Məhkumlar və həbsxana işçiləri Modsli ilə görüşməkdən və onunla ünsiyyətdən imtina etdikləri üçün 1983-cü ildə onun üçün beş-dörd metr ölçüsündə xüsusi kamera tikilib.

Bu otaqda Modsli demək olar ki, 45 ilini tək keçirib. Bir dəfə tutuquşu istəyib, amma rədd edilib. 2000-ci ildə cinayətkar "ölməyə icazə" üçün də müraciət etsə də, müsbət cavab almayıb. Modslinin keçmiş kamera yoldaşı təkadamlıq kameranı işgəncə adlandırıb və həbsxana işçilərini insanlara qarşı qeyri-insani rəftarına görə qınayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2148
avatar

Oxşar yazılar

Qubada evdə partlayış -  Yaralanan var

Qubada evdə partlayış - Yaralanan var

15 dekabr 2024 , 13:09
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46