Qarpız daşıyan  yük avtomobilindən 31 kilo narkotik çıxdı - FOTO
05 may 2026 11:23 (UTC +04:00)

Qarpız daşıyan yük avtomobilindən 31 kilo narkotik çıxdı - FOTO

0

Astara Gömrük İdarəsi əməkdaşlarının keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə - həşiş aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən xəbərə görə, “Astara” gömrük postunda “qarpız” yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və yükdə şübhəli cizgilər müşahidə olunduğundan əsaslı yoxlamaya cəlb edilib.

Kinoloji xidmət itinin tətbiqi ilə aparılan yoxlama zamanı üzərləri "qarpız" yükü ilə örtülərək gömrük nəzarətindən gizlədilən 304 bağlamadan ümumi təmiz çəkisi 31 kiloqram 500, 907 qram xüsusilə külli miqdarda narkotik vasitə - həşiş aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 146

Oxşar yazılar